Gəncədə qırmızı işıqdan keçib əks yola çıxan sürücü

  • 25.08.2020
  • 0

YPX.AZ qaynar xəttinə göndərilən videogörüntüdə Gəncə şəhərində qayda pozan sürücü öz əksini tapıb. 22 avqust 19:45 radələrində svetoforun qırmızı işığında hər kəsin gözlədiyi, piyada zolağında piyadanın keçdiyi meqamda 20 DK 505 DQN-lı avtomobilin sürücüsü 1.3 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxır və qırmızı işıqda hərəkəti davam etdirir. Ümid edirik ki, Gəncə Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndələri tezliklə bu təhlükəli sürücü barəsində qanunamüvafiq tədbir görəcək.

Nə düşünürsən?