Tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv etdilər

  • 24.08.2020
  • 0

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər. Unikal.org xəbər verir ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar. Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Nə düşünürsən?