Lukaşenko vertolyotdan baxıb etirazçıları “siçovul” adlandırdı

  • 24.08.2020
  • 0

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün axşam, müxalifət tərəfdarlarının izdihamlı aksiyasının keçirildiyi saatlarda vertolyotla Minskdəki iqamətgahına gedərkən etirazçıları “siçovul” adlandırıb. Demokrat.az xəbər verir ki, Lukaşenkonun vertolyotundan videonu şərhlə BELTA agentliyi özünün Telegram-kanalında yerləşdirib. Videoyazıda eşidilir ki, Lukaşenko vertolyotla Minskin üzərindən uçarkən pilotlardan Müstəqillik Sarayı qarşısındakı prospektə yaxın uçmağı xahiş edir. Cavabında onu müşaiyət edənlərdən biri nümayişçilərin harada olduğunu soruşur, dövlət başçısı isə deyir ki, onlar “sərt cavab haqda eşidərək siçovul kimi qaçdılar”. Xatırladaq ki, Lukaşenko iqamətgahına vertolyotla uçub və həm özünün, həm oğlu Kolyanın əlində avtomat olub. Zirehli gödəkcə geyinən Lukaşenko iqamətgahı qoruyan OMON-çulara yaxınlaşaraq onları tərifləyib. Cavabında OMON-çular onu alqışlayıblar və “axıra qədər müdafiə edəcəklərini” deyiblər.(parla.az)

Nə düşünürsən?