Dörd zolağı birdən kəsən sürücü

  • 24.08.2020
  • 0

YPX.AZ qaynar xəttinə göndərilən videogörüntüdə sürücü bildirir ki, qarşısında gedən 99 XU 672 dövlət qeydiyyat nişanlı Nissan markalı avtomobilin sürücüsü yol boyu təhlükəli manevrlər edib, ona və digər hərəkət iştirakçılarına təhlükə yaşatmışdır. Elə bu sözləri dediyi zaman qarşıdakı sürücü qəfil ən sol zolaqdan ən sağ zolağa manevr edir. Yəni dörd zolağı birdən-birə kəsib yerdəyişmə edir və bu zaman təhlükəsizlik adasının da tələbələrini pozur. Çox böyük ehtimal ki, səlahiyyətli şəxslər təhlükəsizlik kameralarından sürücünün yol boyu olan hərəkət trayektoriyasını izləsələr ardıcıl qayda pozuntularının şahidi olacaqlar.

Nə düşünürsən?