Əks yola çıxaraq yolu keçən piyadanı vururdu

  • 24.08.2020
  • 0

YPX.AZ qaynar xəttinə göndərilən video dəhşət saçır, faciənin bir addımlığını nümayiş etdirir. 23 avqust, 18:50 radələrində çəkilən videogörüntüdə avtomobillərin hərəkət istiqamətini 1.3 xətti (qoşa xətt) ayırır. 99 SZ 776 DQN-lı "Volkswagen Polo" markalı avtomobilin sürücüsü özünü digərlərindən "üstün", "seçilmişlərdən" təsəvvür etdiyindən 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxır. Lakin həmin zaman sol tərəfindən avtomobil gəlmədiyini üçün yolu keçən piyadanın vurulması an məsələsi olur. Yolu keçən piyada təbii ki, əvvəl sol tərəfinə baxır. Axı bu piyada haradan bilə bilərdi ki, qaydaları heçə sayan hansısa "seçilmiş" sürücü onun həyatını əlindən almaq üçün əks yola çıxar?! Xoşbəxtlikdən faciə baş vermir. Ümid edirik ki, səlahiyyətli şəxslər bu piyadanın yerində özlərinin, özümüzün, öz əzizlərimizin ola biləcəyini də nəzərə alıb bu sürücüyə layiqincə qanunun tələbini gerçəkləşdirər. Axı insan həyatı bu qədər ucuz deyil, ucuz olmamalıdır.

Nə düşünürsən?