Azərbaycanda nazirlikdə yüksək vəzifəyə təyinat baş tutdu

Azərbaycanda nazirlikdə yüksək vəzifəyə təyinat baş tutdu

  • 22.08.2020
  • 1.3K baxış
  • 0

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Məryəm Qafarzadə nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. O, bundan əvvəl Gənclər və İdman Nazirliyinin sektor müdiri vəzifəsindən çalışıb. Son vəzifəsi Gənclər və İdman Nazirliyində sektor müdiri olub. M.Qafar-zadə 8 il ərzində Fransanın Strasburq şəhərində, Avropa Şurasında Layihə Rəhbəri vəzifəsində çalışıb. Mədəni İrs, Gənclər, Səhiyyə və İdman siyasəti sayəsində müxtəlif beynəlxalq layihələri həyata keçirib. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin Rəhbəri vəzifəsinə seçilib. Avropa birliyinin və Avropa Şurasının iki müştərək Layihəsinin Spikeri və məruzəçisidir. • İdmanda Gender Bərabərliyi • Uşaqların zorakılıqdan qorunması Azərbaycan Milli Elmlər Akademiyasının “Molekulyar Biologiya və Biotexnologiya” İnstitutunun dissertantıdır. 80-dən artıq beynəlxalq Seminar və Konfranslarda çıxış etmışdir. 25 dərc olunmuş Elmi məqalələrin müəllifidir. Bədən tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının Elmi işçisidir. M.Qafarzadə Azərbaycan Basketbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Fransız, İngilis, Rus, Azərbaycan və Türk dillərini mükəmməl bilir. Qeyd edək ki, sözügedən vəzifəni bundan əvvəl İntiqam Hümbətov yerinə yetirib. O, bir neçə gün əvvəl öz xahişi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Nə düşünürsən?