Sumqayıt polisi qayda pozanlara qarşı reydlər keçirdi

  • 22.08.2020
  • 0

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindənşəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Reyd zamanı Sumqayıt şəhərindəki apteklərdə də sanitar-gigiyenik qaydalara əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb. Həmçinin avtobuslarda maskadan istifadə etməyən sərnişinlər dəmüəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülüb. İsmayıllıda isə "ad günü" məclisi təşkil edənlər aşkarlanıb. Rayon Polis Şöbəsinə rayonun Kürdmaşı kəndində yerləşən evlərin birində yığıncaq təşkil edilməsi barədə məlumat daxil olub. Polisəməkdaşları dərhal həmin ünvana gəlib və ev sahibi Vüqar Tağıyevin karantin qaydalarını pozaraq, qızına doğum günü məclisi təşkil etdiyi məlum olub. Məclisi təşkil edənlər barəsində protokol tərtib edilərək, cərimələniblər.