Neftçalaya su çəkilişi davam edir

  • 22.08.2020
  • 0

Su anbarının tikintisi üzrə işlərin 40 faizdən çoxu icra olunub Son dövrlər içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılmaası istiqamətində tədbirlər davam etdirilir. Şəhərə çəkilən yeni magistral su kəmərinin yarıdan çoxu inşa edilib. Neftçala şəhərinə və ətraf kəndlərə nəqliyyat vasitələrilə içməli suyun daşınması intensiv qaydada davam etdirilir. Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni magistral su kəmərinin və su anbarının tikintisi üzrə işlərin 50 faizi icra olunub. Layihəyə əsasən, sakinləri dayanıqlı və təhlükəsiz içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7500 kubmetr olan su anbarı inşa edilir. Bununlas paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 44 km uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir. Hazırda su anbarının tikintisi üzrə işlərin 40 faizdən çoxu icra olunub. Magistral kəmərin isə 22 km-lik hissəsində işlər yekunlaşıb. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək. Qeyd edək ki, son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur. Hazırda hər gün Salyan rayonundan 30-dan çox maşın vasitəsilə su daşınır. Daşınan su məhəllələrdə quraşdırılmış çənlərə, həmçinin kəndlərdəki modul tipli sutəmziləyici qurğuların anbarlarına doldurularaq əhaliyə verilir. Əhaliyə verilən içməli suyun keyfiyyətinə səyyar laboratoriyalar tərəfindən mütəmadi nəzarət olunur. Neftçala şəhərinin su və kanlziasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri, 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. REAL

Nə düşünürsən?