*Avtomobilin qapısını açarkən baxmadı və.....*

  • 22.08.2020
  • 0

Sosial şəbəkələrdə paylaşılan videogörüntüdə birinci və ikinci zolaqda hərəkət edən avtomobillərin sürücüləri nədənsə hərəkətini dayandırır və öz aralarında nəyisə müzakirə edirlər. Arxadan gələn avtomobil sürücüsü isə birinci zolaqdakı avtomobilin sağından keçərək ötmək istəyir. Bu zaman sağda əyləşən sərnişin baxmadan avtomobilin qapısını açır və motosiklet qapıya deyir və qəza baş verir. YPX.AZ bildirir ki, burada avtomobilin sürücüsü hərəkəti dayandırmaqla, sərnişin geriyə baxmadan qapını açmaqla, motosiklet sürücüsü isə sağdan ötmə etməklə qaydaları pozur. Nəticədə bütün bunlar qəzaya səbəb olur.

Nə düşünürsən?