Sərtləşmə olacaq, ya olmayacaq?

  • 22.08.2020
  • 0

“Situasiya nəzarət altındadır. Artma var, bunu özünüz də görürsünüz”. Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. TƏBİB-in rəsmisi sərtləşmə ilə bağlı qərarın olub-olmayacağına da münasibət bildirib: “Yumşalmaya getməyimiz mərhələri şəkildə aparılır. Bugünkü gündə ciddi sərtləşmə olacaq, ya olmayacaq, bu barədə qərar yoxdur. Az-az da olsa artmaya meylliliyi görürük. Bəzi qərarlar müzakirə olunacaq. Mayda da bizə suallar verilirdi ki, niyə hər yer açdınız, yumşalmaya getdiniz. Bu sualla qarşılamamaq üçün ehtiyatla yanaşmalıyıq. Ciddi qərarlar yoxdur, olanda ictimaiyyətə açıqlanacaq”.

Nə düşünürsən?