Dövlət xidməti müraciət etdi

  • 21.08.2020
  • 0

Satınalmalardakı səhvlər investisiya layihələrini gecikdirir İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət vəsaitləri hesabına malları satın alan təşkilatlara müraciət edi. Bildirilir ki, həmin təşkilatlardan daxil olan sənədlərdəki uyğunsuzluqlar nəticəsində satınalmaların yekun protokollarının yenidən tərtib olunması və ya ümumiyyətlə nəticələrin ləğv edilməsi zərurəti yaranır. belə hallar isə vaxt itkisinə, gecikmələrə gətirib çıxarır və zəruri investisiya layihələrinin vaxtında reallaşdırılması gecikir. qurum satınalan təşkilatların nəzərinə çatdırır ki, dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, yekun protokolların tərtibi prosesində bir sıra məsələlərə xüsusi diqqət yetirilmədir. Satınalma predmeti üzrə satınalma planı dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) vaxtında yerləşdirilməlidir. Tender komissiyası qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmalı, tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına nəzarət etməli və şərtlər toplusunu vaxtında təsdiq etməlidir. Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmeti düzgün göstərilməli, tender elanları rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməlidir. Həmçinin, tenderdə iştirak haqqının müəyyənləşdirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş hədlərə riayət edilməli, iştirak haqqının ümumi məbləği tenderin əsas şərtlər toplusunu almış malgöndərənlərin (podratçıların) sayına uyğun olmalıdır. Satınalma prosesində iştirak edən malgöndərənlərin (podratçıların) adları, hüquqi ünvanları və bank rekvizitləri yekun protokollarda düzgün qeyd edilməli, onların eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə diqqət yetirlməlidir. Malgöndərənlər tərəfindən tenderdə iştirak etmək üçün tələb olunan müraciət və sənədlər satınalan təşkilata qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməli, onların kateqoriyası yekun protokolda düzgün qeyd edilməlidir. Yerli mallar təklif edən malgöndərənlərin xeyrinə güzəşt edilməsi məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Satınalmaların təşkili və keçirilməsi məqsədilə satınalan təşkilatın formalaşdırdığı tender komissiyası tərəfindən podratçılardan daxil olan tender təklifləri qanunvericilikdə nəzərdə tutulduğu qaydada qiymətləndirilməlidir. Tender elan edildikdən sonra elanda və tenderin əsas şərtlər toplusunda əsassız dəyişikliklərin aparılmasına yol verilmir. Belə ki, tender təkliflərinin açılışında elan olunan məlumatlar tender komissiyasının yekun protokolunda düzgün əks edilməlidir. Tender təklifi və tender təklifinin təminatının məbləği düzgün hesablanmalı, təklifin qüvvədə olma müddətləri qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Tender təklifi, müqavilənin yerinə yetirilməsi (tələb olunduğu hallarda) və avans ödənişinə (avansın ödənilməsi nəzərdə tutulduqda) dair təminatların məbləği qanunvericiliyin tələblərinə uyğun yekun protokollarda qeydiyyat aparılmalıdır. Tələblərə cavab verməyən malgöndərənlərin (podratçıların) tenderdən kənarlaşdırılmasına nəzarət edilməlidir. Tender təkliflərində hesablama səhvləri aşkar edildikdə bu barədə məlumat yekun protokolda qeyd edilməlidir. Həmçinin, tender təkliflərinin qiymətləndirilməsi meyarları tender elanında göstərilən meyarlara uyğun olmalı və qanunvericiliyə müvafiq tətbiq edilməlidir. tender proseduru ilə bağlı satınalan təşkilata daxil olan şikayətlər barədə məlumat yekun protokollarda əks olunmalı və protokolları tender komissiyasının bütün üzvləri imzalamalıdır. Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu imzalandıqdan sonrakı 3 bank günü ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda tender komissiyasının qərarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. REAL

Nə düşünürsən?