"Lotu Quli"nin qətlinə görə daha bir nəfər saxlanıldı

  • 21.08.2020
  • 0

Kriminal avtoritet "Lotu Quli"nin qətli ilə bağlı yeni məlumat yayılıb. YPX.AZ xəbər verir ki, Nadir Səlifovun qətlinə görə daha bir nəfər saxlanılıb. İkinci şəxsin adı Əmir Əhmədlidir. O, da Antalya-Denizli yolunda saxlanılıb. Qeyd edək ki, saxlanılan ilk şəxs "Xan Əhmədlinski" ləqəbi ilə tanınırdı. "Lotu Quli"yə yerli vaxtla saat 12.00 radələrində "Xan Əhmədlinski" başından atəş açıb. Qan içində yerə yıxılan Səlifov üçün yaxınlıqdakı şəxslər təcili yardım çağırıblar, ona atəş açan şəxs hadisə yerindən qaçıb. "Qanuni oğru" hadisə yerində ölüb.

Nə düşünürsən?