Qorxu dolu anlar! Təyyarədən alovlar çıxdı

  • 21.08.2020
  • 0

ABŞ-da “JetBlue” hava yollarına məxsus təyyarə, ön şassisində yaranmış nasazlıq səbəbindən təcili qəza enişi edib. Avtosfer.az xəbər verir ki, hadisə Kaliforniya ştatında baş verib. Qəzanın görüntüləri isə sosial şəbəkədə yayımlanıb. Kadrlarda, ön şassisinin yanakı vəziyyətdə qaldığı sərnişin təyyarəsinin enişə keçdiyi və ön şassinin uçuş-eniş zolağına sürtülərək alovların çıxdığı görülür. Qəzadan sonra şassinin diski və şinlərinin asfalta sürtülərək hansı hala düşdükləri də görüntülənib. Bildirilir ki, insident zamanı xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb. Namiq Musayev

Nə düşünürsən?