Qobustanda ağır qəza: Bir ölü, iki yaralı...

  • 20.08.2020
  • 0

Qobustanda ağır yol qəza hadisəsi baş verib. Azmedia.az baku.tv-ə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 104- cü kilometiriliyində Qobustan rayonu ərazisində qeydə alınıb. Qobustan rayon Çuxanlı kənd sakini, 2000-ci il təvəllüdlü Qüdrət Şahverdiyevin idarə etdiyi minik maşını eyni istiqamətdə hərəkətdə olan, Qobustan rayon Təklə kənd sakini 1962-ci il təvəllüdlü Bəybala Cəbrayılovun idarə etdiyi yanacaq daşıyan yük avtomobilinin arxa hissəsinə çırpılıb. Qəzanın gücündən, avtomobilin ön hissəsi yararsız hala düşüb. Hadisə zamanı avtomobildə olan sərnişin Qobustan rayon Çuxanlı kənd sakini 1978-ci il təvəllüdlü Sevda Şahverdiyeva, onun oğlu sürücü Qüdrət Şahverdiyev ağır bədən xəsarətləri ilə Xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Avtomobildə olan digər sərnişin onların həmkəndlisi 2000- ci il təvəllüdlü Aytac Məmmədova isə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?