Məhkəmələrin fəaliyyəti bərpa olunub

  • 20.08.2020
  • 0

Bu gündən pandemiyaya görə tətbiq edilən daha bir məhdudiyyət ləğv edilir. Azərbaycanda məhkəmələrin fəaliyyəti tam şəkildə bərpa olunur. Koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə müəyyən tövsiyyələr verilib. Məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv olundu. 2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonların inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunur. Vəkillər kollegiyasının rəyasət heyətinin üzvü Vüqar Babayev deyir ki, fəaliyyətə yenidən başlayan digər qurumlar kimi məhkəmələr də müəyyən şərtlər altında çalışacaq. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıvə qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməlidir. Həmçinin tövsiyyə olunur ki, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun. Vüqar Babayev hesab edir ki, ilk növbədə təxirə salınan məhkəmə proseslərinə baxış olacaq. Qeyd edək ki, fəaliyyətinə yenidən icazə verilən bütün sahələr ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, sanitar epidemioloji və gigiyenik qaydalara əməl etməlidir.

Nə düşünürsən?