Kəndin su problemi həll edilib

  • 20.08.2020
  • 0

Bu yay Kür və Araz çaylarında suyun səviyyəsinin aşağı düşməsi bir sıra rayonlarda su çatışmazlığına səbəb oldu. Xüsusilə Kür çayı ətrafında yerləşən rayonlar bu problemdən daha çox əziyyət çəkirlər. Salyan rayonundan bir neçə sakinin dövlət başçısına ünvanladıqları müraciətlərdən sonra su problemi öz həllini tapıb. Salyan rayonun Kürsəngi kənd sakinləri bir neçə müddətdir ki, istər həyətyanı, istərsə də çöl sahələrinin suvarılmasında problemlə üzləmişdilər. Onlar bu problemin həlli istiqamətində işlərin görülməsi üçün dövlət başçısına müraciət ünvanlamaq qərarına gəliblər. Sakinlərin müraciətindən sonra dövlət başçısı tərəfindən aidiyyatı qurumlaratapşırıq verilib və sakinlərin su problemi öz həllini tapıb. Artıq bir neçə gündür ki, Kürsəngi kənd sakinləri həyətlərinə gələn sudan istifadə etməyə başlayıblar. Salyan Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Kürsəngi ən ucqar kəndlərdən biri olduğuna görə problem yaranmışdı. Hazırda isə növbəlilik əsasında kəndlərə su verilir. Artıq sakinlər kənd təsərrüfatı işlərini rahat görürlər.

Nə düşünürsən?