İctimai iaşə obyektlərinə ciddi nəzarət edilir

  • 20.08.2020
  • 0

Artıq üç gündür restoran və kafelərin açıq havada fəaliyyətinə icazə verilib. Lakin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür ictimai iaşə obyektlərinin fəaliyyətimüəyyən qaydalar əsasında tənzimlənməlidir. Bu səbəbdən də aidiyyatı qurumlar hər gün restoran və kafelərdə yoxlamalar aparırlar. Açıq havada fəaliyyətə başlayan ictimai iaşə obyektlərinə ciddi nəzarət edilir. Üç gündür Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytax ərazisindəki obyektlərdə yoxlamalar aparırılar. Yoxlama zamanı Nərimanov rayonu ərazisindəki restoranların Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarlarına uyğun fəaliyyət göstərdiyi aşkar edilib. Yoxlama aparılan restoranlardan birinin inzibatçısı deyir ki, bütün qaydalara əməl edirlər. Girişdə dezinfeksiya edici məhlullardan tutmuş, tibbi maskaya qədər var. Restoranlarda daha ciddi nəzarət ediləsi yerlərdən biri də mətbəx və ordakı personalın qaydalara əməl etmələridir.Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Zaur Kərimov deyir ki, onlar restoranların mətbəxində hər gün yoxlamalar aparırılar. Qaydalara ciddi əməl edilir və neqativ hallar demək olar ki, hər hər keçən gün azalır. Yoxlamada iştrak edən İqtisadiyyat Nazirliyinin əməkdaşı da sahibkara qaydalara ciddi əməl etməyi, gələn müştərilərin də bu qaydalara uyğun davranmalarını tapşırdı. Qeyd edək ki, ictimai iaşə obyektlərinin fəaliyyətinə səhər saat 9-dan axşam saat 10 qədər icazə verilir. Bu qaydaların əməl edilməsinə isə polis əməkdaşları nəzarət edir. Qaydalara əməl edilməyən obyekt sahibi və müştəri aşkar edilərsə cərimə olunurlar.

Nə düşünürsən?