Din xadimlərinin videokonfransı keçirildi

  • 20.08.2020
  • 0

QMİ Məhərrəm ayında keçiriləcək tədbirlərlə bağlı tövsiyələri açıqladı Bütün müsəlman ölkələrində insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib və bu il aşura pandemiya qaydalararına uyğun keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında keçirdiyi görüşdə qeyd etdi ki, sabahdan başlayan Məhərrəm ayı və Aşura bu il koronavirusla bağlı yaranan təhlükəli və riskli şəraitə təsadüf edir. Bu səbəbdən də insanların bir yerə toplaşması yolverilməzfdir. Bütün Qafqazın Şeyxi A.Paşazadə bildirib ki, Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə ərzaq və ya hər hansı sovqatın çatdırılması savab əməllərdən sayılır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının eləcə də idarənin paytaxt, bölgələrdəki qazı və səlahiyyətli nümayəndələrinin iştiraketdiyi videogörüşdə qeyd olunub ki, sağlamlığımızın qorunması dinimizin əsas şərtlərindən biridir. Daha sonra nümayəndələr təmsil olunduqları bölgələrdə Aşura günü görəcəkləri işlər barədə məlumat verdilər və fikir mübadiləsi aparıblar. Videokonfranda Məhərrəm ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Müraciəti oxundu

Nə düşünürsən?