Vergi ödəyicilərinə yardım edilir

  • 20.08.2020
  • 0

Muzdlu işçilərin əməkhaqqı üçün 50,38 mln. manat köçürülüb Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarların muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində bu günə qədər 50 milyon 380 min manat köçürülüb. Vəsait 228 min 175 muzdlu işçini əhatə edib. Bu da birinci mərhələdən 12.177 nəfər çoxdur. ikinci mərhələdə ödəniş alan muzdlu işçilərin sayı birinci mərhələdəkindən12.177 nəfər çoxdur. Dövlət Vergi Xidməti bildirir ki, bu, şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107.191 fərdi sahibkara 76 mln. manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.

Nə düşünürsən?