Paytaxtda daha bir marşrut xətti sakinlərin istifadəsinə verilib

  • 20.08.2020
  • 0

Paytaxtda daha bir marşrut xətti sakinlərin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı, sərnişindaşımada təhlükəsizliyin təmin olunması çərçivəsində Nardaran qəsəbəsini metronun "Nəriman Nərimanov" stansiyası ilə əlaqələndirən M9 marşrut xətti fəaliyyətə başlayıb. Marşrutdan istifadə edən sərnişinlər onların rahatlığı üçün yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər.

Nə düşünürsən?