QARABAĞLA BAĞLI MÜHÜM GƏLİŞMƏ - AZƏRBAYCAN SEÇİM QARŞISINDA..

  • 20.08.2020
  • 6 baxış
  • 0

Son günlər müzakirə olunan əsas məsələ, Rusiya hərbi gəmilərinin Bakıya gəlməsidir. İctimayətdə bu haqqda müxtəlif fikirlər dolaşmaqdadır. Bəziləri rəsmi Moskvanın bu yolla Azərbaycana göz dağı vermək istədiyini iddia edir. Bir qrup insan isə, rus hərbiçilərinin Bakıda bu cür qarşılanmasının qəbuledilməz olduğunu vurğulayır. Bəs rus hərbi donanmasının iki gəmisinin Bakıya gəlməsinin səbəbi nədir? Məlum olduğu kimi, avqustun 17-i dəniz kubokunda iştirak etmək üçün, rusiya hərbi dəniz donanmasının iki kiçik artileriya gəmisi Bakıya gəlib. Onların Bakıda xüsusi şəkildə qarşılanması, birmənalı qəbul edilməyib. Milli dirçəliş partiyasını sədri istiqlalçı millət vəkili Fərəc Quliyev, bu məsələ ilə bağlı sərt mövqeyini səsləndirib. O, deyib : Rus hərbçilərini qarşılamaq üçün rəsmi bir törənə mütləq bir ehtiyac var idisə bunu fərqli ssenaridə də etmək olardı. Rus hərbçiləri rəsmi qarşılandıqdan sonra "Xocalı soyqırımı" abidəsinə ziyarətə götürülər və bu soyqırım tarixcəsini müşayətçilər nəzakətlə ruslara izah edər, soyqırımda iştirak edən 366-cı alayın, o dönəmdə Rusiyada hakimiyyətdə olanların lənətlə xalqımız tərəfindən xatırlandığını nəzərlərinə çatdırardı. O dönəmdəki Rusiya hakimiyyətinin xalqlar arası münasibətə ağır zərbə vurduğunu gəlmə heyyətə başa salar, o dönəm hakimiyyətinin məsuliyyət daşıdığını ifadə edərdi. Buradan rus hərbçilərini Şəhidlər xiyabanına əklil qoyma mərasiminə apararaq 20 yanvar Şəhidlərinin ziyarət etdirərək o tarix, SSRİ vəhşiliyi, marşal Yazov haqda, digər Şəhid məzarlarını göstərərək Ermənistanın Azərbaycana hücumu və bu insanları işğal naminə öldürdüyünü yüksək çinli rus hərbçilərinə demək olardı. Elə oradaca bu heyətə çox yaxşı məlum olan son Tovuz hadisələri haqda və Rusiyanın yenə də tarixdən dərs almayaraq yanlış siyasət yürütdüyünü və bu döyüşlərdə Ermənistana 450 ton silah-sursat verdiyini, nəticə etibarilə general, əsgər, mülki şəxslərin şəhid oldugunu xatırlatmaq olardı. Əgər qarşılanma mərasimində mütləq musiqi sədaları altında qarşılanma zərurəti var idisə "mehtər marşı" ilə rus hərbçiləri qarşılanardı. Dər-dümür içərisində sularımızdan bizə gələrək təhtəlşüurumuza hədə hopduranların şüuraltına "mehtər marşı" ilə biz tək və gücsüz deyilik mesaji vermək olardı. Mütləq bir qarşılama rəqsinə ehtiyac var idisə qara atlarda qarşılamaya gələrək, kəmərində xəncəl olan qara qafqaz geyimində igidlər rəqsi ifa etmək olardı. Bu qara rituala sual olardısa, hələ General Polad Həşimov başda olmaqla şəhidlərimiz üçün matəm əhvalındayq cavabı verilərdi. Dosta da, düşmənə də ictimayətə də bu ssenari fərqli təsir edər və bu rituallardan fərqli nəticə çıxarılardı.. __________________________________________________________________________ ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?