Vilayət Eyvazov Kəramət Böyükçölün atasına zəng edib

  • 20.08.2020
  • 0

Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib. Bu barədə Qəşəm Nəcəfzadə özü"Facebook” hesabında paylaşım edib. Vilayət Eyvazova təşəkkürünü bildirən şair belə yazıb: "Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”. Xatırladaq ki, K.Böyükçöl məişət zəminində səs-küy yaratdığı üçün qonşuların şikayəti əsasında saxlanılıb. Röya İsrafilova Yeni Media

Nə düşünürsən?