Bakıda yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılır

  • 19.08.2020
  • 58 baxış
  • 0

Bu xəbərimiz xüsusi ilə də metronun 28 May stanasiyasının və Bakı Dəmiryolu Vağzalının qarşısında avtomobillərini park edən sürücülərlə bağlıdır. Belə ki, yaxın vaxtlarda həmin ərazidə ''28 May Nəqliyyat Mübadilə Mərkəzi'' yaradılacaq. Buna görə də minik avtomobillərinin bu əraziyə daxil olması qadağan ediləcək. Həmçinin vağzalın qarşısında olan parklanama yeri də ləğv olunacaq. Artıq Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmiyolu Vağzalı və metronun 28 may stansiyasının qarşısında yaranan xaotik vasiyyətə son qoyulur.Bakı Nəqliyyat Agentliyinin nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov ''xəzər xəbər''ə müsahibəsində bildirib ki,qeyd edilən ərazi Paytaxtın ən çox ictimai nəqliyyatın fəaliyyət götərdiyi və minik avtomobillərinin park erdildiyi yerlərdən biri olduğu üçün burada xaotik bir vəziyyət yaranır.Bundan isə ən çox əziyyət çəkən avtobus sürücüləri olurlar.Artıq bu problem həll olunacaq. Tərlan Səfərov qeyd etdi ki, ''28 may Nəqliyyat Mübadilə Mərkəzi''yaradıldıqdan sonra taksi sürücüləri istisna olmaqla Səməd Vurğun parkı istiqamətindən Bakı Dəmiryolu Vağzalının və metronun 28 may Stanasiyasının qarşısına gələn minink actomobillərinin hərəkəti məhdudlaşdırılacaq.Yəni onlar bu əraziyə daxil ola bilməyəcəklər.Bununla yanaşı,ərazidə fəaliyyət göstərən obyektlərdə çalışan şəxslər də ''28 may Nəqliyyat Mübadilə Mərkəzi'' yaxınlığında avtomobillərinin park edə bilməyəcəklər. Tərlan Səfərov Bakı Dəmiryolu Vağzalının qarşısında hazırda fəaliyyət göstərən parklanma yerinin də ləğv olunacağını bildirdi. Bu ərazidə avtomobillərinin park edən sürücülərə tövsiyyə olunur ki,həm yaxınlıqda yerləşən ticarət mərkəzinin,həm də Nəsimi rayonu Füzuli küçəsində yerləşən Qış parkının dayancağından istifadə etsinlər.Tərlan Səfərov onu da qeyd etdi ki,artıq ''28 may Nəqliyyat Mübadilə Mərkəzi'' yaradılması ilə bağlı layihə tam hazırdır və digər dövlət qurumları ilə razılaşdırılıb.İşlərə yaxın vaxtlarada başlanılacaq.

Nə düşünürsən?