Bakının parklanma probleminə son qoyulacaq!

  • 19.08.2020
  • 0

Bakıda həm minik avtomobillərini,həm də avtobus sürücülərini narahat edən əsas problemlərdən biri də parklanma ilə bağlıdır. Çünki bəzi hallarda avtomobillərin lazım olmayan yerdə parklanaması səbəbindən yollarda tıxac yaranır. Artıq bu problemin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi tərəfindənbaş plan hazırlanacaq. Bakının parklanma probleminə son qoyulacaq. Bununla bağlı paytaxt ərazisində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə hazırlanıb. Layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində hazırlanan yol xəritəsinin təqdimatı keçirilib.Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Gülşən Rzayevanın sözlərinə görə, bir şirkətlə ortaq hazırlanan, 4 mərhələdən ibarət olan yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq. Demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Onu da qeyd edək ki, müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkinq yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə baş planda əksini tapan əsas məsələlərdən olacaq.

Nə düşünürsən?