*Aeroport yolunda yarışan avtobuslar*

  • 19.08.2020
  • 0

Əvvəlcə Sabunçu dairəsindən aeroport yoluna gözləmədən çıxırlar. Aralarında yarış keçirdikləri açıq-aşkar sürmə tərzlərindən görünür. Daha sonra yol boyu biri-birini sıxıb yoldan çıxartmağa çalışırlar. Bakıxanov qəsəbəsinə daxil olarkən soldakının qəza etməsi an məsələsi idi. Elə ona görə də təhlükəsizlik adasının üzərindən dönür və dönərkən sağındakı avtomobilin üzərinə sürür. Bütün bu baş verənlər iki yarış avtomobili arasında yox, içi sərnişinlə dolu sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrut avtobusları arasında baş verir. YPX.AZ xəbər verir ki, 55 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən 99 LF 639 və 40 nömrəli marşrut xətt üzrə fəaliyyət göstərən 99 JZ 237 dövlət qeydiyyat nişanlı avtobusların təhlükə saçan görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Ümid edirik ki, bu qədər insanın həyatına biganə yanaşan bu sürücülər yollarda can almamış, ağır faciələrə səbəb olmamış səlahiyyətli orqanların və marşrut xətti sahiblərinin tədbiri gecikməz. Əks halda hər şey gec ola bilər.

Nə düşünürsən?