Velosiped sürənlər niyə cərimələnir?

  • 18.08.2020
  • 0

Velosiped sürmək sağlamlığımız və ətraf mühit üçün nə qədər faydalı olsa da, velosipedçilərin çoxununyolun hərəkət hissəsinə çıxması isə qanunla qadağandır. Yol nəqliyyat hadisələrinin bir çoxu məhz bu səbəbdən baş verir. Son bir neçə ayda yol polisi hərəkətin təşkilində təhlükəsizliyi artırmaq üçün velosiped sürücülərinə qarşı nəzarəti daha da artırıb. Yolun hərəkət hissəsinə çıxanlar inzibati qaydada cərimə edilirlər. Son vaxtlar Bakıda velosiped sürənlərin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməsinə dair məlumatlara tez-tez rast gəlinir. Bu, hansı zərurətdən irəli gəlir?. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Toğrul Nəsirli bildirib ki, həmin şəxslər velosiped sürdüklərinə görə deyil, məhz qaydaları pozduqlarına görə barələrində inzibati tədbirlər görülür. Qeyd edək ki, yolun hərəkət hissəsinə çıxaraq avtomobil sürücüləri üçün təhlükəli vəziyyət yaradan velosipedçilər saxlanır və onlar barəsində qanuna uyğun şəkildə tədbirlər görülür. Hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə velosipedin sürülməsi həm orada istirahət edən insanlara mane olur, həm də təhlükə yaradır. Dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb ki, hadisəyə səbəb məhz velosipedçi olub. Toğrul Nəsirli onu da bildirdi ki, avtomobil yolunda dəstə şəkilində 10 nəfərdən artıq velosipedlə hərəkət etmək olmaz. Həmin vaxt onlarla avtomobillər ərasında məsafə də 80-100 metr olmalıdır. Qaydalara uyğun velosipeddən istifadə edilsə, bu, həm sağlamlığa müsbət təsiri edir, həm də ekoloji baxımdanolduqca sərfəli hərəkət vasitəsidir.

Nə düşünürsən?