TƏBİB: "Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir"

  • 18.08.2020
  • 0

Məlumdur ki, yaxın müddətdə vətəndaşlar arasında seroloji testlərin keçirilməsinə start veriləcək. Artıq prosesin ilkin mərhələsi başlayıb. Belə ki,təsadüfi seçilən şəxslərə zənglər edilməyə başlayıb. Ölkəmizdə seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib. Çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər olunur. TƏBİB-in mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyir ki, vətəndaş razı olduğu halda könüllülük prinsipi əsas götürülərək qeydiyyata alınır Qumral Ələkbərovanın sözlərinə görə seroloji test zərərsiz biokimyəvi analizdir. Vətəndaşın razılığı olduğu halda onun evinə tibbi briqada göndərilir. Testdən keçməyə razılıq verən şəxs istədiyi təqdirdə əlavə olaraq ondan qanın ümumi analizi də götürülə bilər. Analizin cavabı 2-3 gün ərzində məlum olur. Ödənişiz tətbiq ediləcək seroloji testlər insanların koronavirus keçirib - keçirmədiyini və onun immun sisteminin formalaşma səviyyəsini yoxlamaq üçündür. ilkin mərhələdə testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılacaq. Hədəf qrupu 18-65 yaş müəyyənləşdirilib

Nə düşünürsən?