Yüksək sürət daha bir ailəni məhv etdi

  • 18.08.2020
  • 0

Rusiyanın Ryazan əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 18-də yerli saatla 06:30-da Skopin rayonu ərazisində qeydə alınıb. Məlumata görə, 32 yaşlı sürücü yüksək sürətlə idarə etdiyi “Mazda CX-5” markalı avtomobillə, hərəkətdə olan zaman yolun əks zolağına çıxıb və qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən “Mazda” deformasiyaya uğrayıb, yük maşını isə aşıb. Qəza nəticəsində minik avtomobilində olan bir ailənin 3 üzvü dünyasını dəyişib, “Kamaz”ın sürücüsü isə xəsarətlər alıb. Yaralı, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?