Bu il Məhərrəmlik ayı necə keçiriləcək?

  • 17.08.2020
  • 0

Məhərrəmlik mərasimi Azərbaycanın milli-mənəvi mədəniyyətində müstəsna əhəmiyyətə malikdir. Bu il məhərrəmlik ayı avqustun 21-nə, aşura günü isə 30-na təsadüf edir. Hər il bu ay məscidlərdə kütləvi şəkildə keçirilirdisə, lakin bu il pandemiya səbəbindən insanların bir yerə toplaşması məqsədəuyğun hesab edilmir. Çünki kütləvi şəkildə insanların bir araya yığışması koronavirusa yoluxma ehtimalını artıra bilər. APA TV xəbər verir ki, əhalinin sağlamlığını nəzərə alaraq din xadimləri, o cümlədən QMİ -nin sədr müavini Fuad Nurullayev də Operativ Qərargah tərəfindən təsdiq edilən qaydalara əməl edilməsinin vacib olduğunu bildirirlər: “Dövlət öz vətəndaşının sağlamlığı üçün o addımı atır ki, insanlar yoluxmasın, ölkədə az insan ölümü olsun. Nə qədər doğmalarımız sağlam olarsa, ölümlə qarşılaşmazsa qazancımız bu olar. Düşünürəm ki, heç bir normal insan razı olmaz ki, onun evində hər hansısa ağbirçəyi, ağsaqqalı bu bəladan dünyadan köçsün Bu onun üçündür ki, insanlar sağlam qalsın, xəstəlik yayılmasın. Dünyanın bir çox müsəlman ölkələrində bu var. Hətta nümunə olaraq deyə bilərik ki, həcc ziyarəti bu il təxirə salınıb”. Dünyanın bir çox müsəlman ölkələrində bu qadağalar var. Hətta nümunə olaraq deyə bilərik ki, həcc ziyarəti bu il təxirə salınıb. Qurum rəsmisi deyir ki, Məhərrəmlik mərasimi keçirmək istəyən şəxs öz evində, ailəsi ilə birgə bunu edə bilər. Bunun üçün onlayn imkanlar mövcuddur. Məhz bu səbəbdən din xadimlərinə, imamlara tövsiyə edilib ki, söhbət və moizələrini öz internet səhifələri üzərindən həyata keçirsinlər. QMİ-nin nümayəndəsi İbrahim Quliyev deyir ki. məhərrəmlikdə əsas məsələlərdən biri də qanvermə aksiyalarının keçirilməsi ilə bağlıdır ki, koronavirusa görə, bu il onlar da olmayacaq: “Bizim xalqımız hadisə baş verən andan etibarən demək olar ki, hər il məhərrəmlik mərasimini bu və ya digər formada keçirib. Çünki İmam Hüseyn əlehsalam peyğəmbərimizin əziz nəvəsidir. Kim qan vermək istəyirsə, qanvermə yerləri var. Fərdi və Operativ Qərargahın təlimatına uyğun şəkildə gedib qan verə və öz savabını qazana bilər”. Ara məsafəsi saxlamaqla, növbəli şəkildə insanların qan verməsi üçün Səhiyyə Nazirliyi artıq bu işi təşkil edib. Paytaxtda Qan Bankında və digər bölgələrimizdə qan vermə ilə bağlı fəaliyyət göstərən xəstəxanalarda bu iş həyata keçiriləcək. Bundan əlavə, Məhərrəmlik ayında savab qazanmaq üçün insanlar şəhidlərin ruhuna ehtiram olaraq ehsan verir ki, bu il pandemiyaya görə, onların da tam fərqli formada yerinə yetirilməsi məsləhət görülür. Belə ki, ehsan vermək istəyi olanlar pul, ərzaq şəklində bunu edə və yaxud yeməyi bişirərək, ətrafında ehtiyacı olanlara, kasıblara paylaya bilərlər.

Nə düşünürsən?