Ananı və iki qızını evdə yandırdı

  • 17.08.2020
  • 542 baxış
  • 0

Türkiyədə narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırıb. "Son Dakika" xəbər verir ki, hadisə Adana şəhərində baş verib. Şahidlər bildirib ki, hadisədən əvvəl ana və oğul arasında mübahisə olub. Daha sonra o, evi də yandıraraq hadisə yerindən qaçıb. Yanğın zamanı binadakı digər evlər də ciddi zərər görüb. Evi yandırılan qadın qeyd edib ki, o dəfələrlə oğlundan şikayət edib: "Bizə əziyyət verir. Mən artıq bezmişəm”./publika.az

Nə düşünürsən?