Bu yolda hərəkətin təşkilində səhv var

  • 17.08.2020
  • 0

Bu yolda səhv quraşdırılmış beton maneələr sürücülərə çətinlik yaradır. Avtosfer. az press.az-a istinadən xəbər verir ki, bura Xırdalan şəhəri Heydər Əliyev prospektidir. Bazarla üzbəüz olan "Kristal Abşeron" 1-ə dönmək üçün sürücülər çətinlik çəkir. Şikayət edən sürücülər bildirib ki, bu yolun təşkilində səhv var. Onların sözlərinə görə, bu yoldan sola, yəni "Kristal Abşeron"a dönmək olmur. Sürücülər məcburən geriyədönmə əməliyyatı edib həmin ünvana dönməli olurlar. Günün pik saatlarında bəzi sürücülər dayanma-durma qaydalarını pozduğu üçün geriyədönmə əməliyyatı etməkdə çətinlik yaranır. Bu isə öz növbəsində yolda tıxacın yaranmasına səbəb olur. Sürücülər iddia edir ki, yoldakı beton maneələri götürməklə birbaşa sola dönməni təmin etmək olar. Videonu təqdim edirik:

Nə düşünürsən?