Alfonso Devis "Barselona" ilə oyunda şou göstərdi

  • 15.08.2020
  • 0

"Bavariya"nın Çempionlar Liqasının 1/4 finalında "Barselona"nı 8-2 hesabı ilə məğlub etdiyi oyunda sol cinah müdafiəçisi Alfonso Devis performansı ilə rəğbət qazanıb. Offsideplus.az xəbər verir ki, 19 yaşlı oyunçu 63-ci dəqiqədə Coşua Kimmixin qolundan əvvəl Katalon müdafiəsini pərən-pərən salıb. Almaniya Bundesliqasında Erlinq Holandı qabaqlayaraq bu mövsümün ən yaxşı gənc oyunçusu seçilən kanadalı Messi ilə mübarizədən də qalib ayrılmağı bacarıb. Qeyd edək ki, Globe Soccer Awards portalının 2020-ci ilin ən sürətli oyunçularının siyahısına da məhz Alfonso Devis (36,51 km/saat) başçılıq edib. Gənc ulduzun "Barselona" ilə oyundakı çıxışından hazırlanmış videonu təqdim edirik:

Nə düşünürsən?