*Polis qadına elektroşokla vurdu*

  • 14.08.2020
  • 0

Hadisənin 8 avqust tarixində, Böyük Britaniyada baş verdiyi qeyd olunub. YPX.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi qeyd olunmasa da, görüntüdən polis əməkdaşının qadını yerə yıxdığı görünür. Qadının yaxınlarından olduğu ehtimal edilən bir kişi buna etiraz edən zaman isə polis ona da badalaq gələrək yerə yıxır. Qadın yenidən ayağa qalxıb polisə yaxınlaşan zaman isə polis elektroşokdan istifadə edir və elektrikin təsirindən qadın müqavimətini itirərək yerə yıxılır.

Nə düşünürsən?