*Sürücüyə kömək edən DYP əməkdaşı*

  • 14.08.2020
  • 0

İzləyicilərimizdən biri YPX.AZ qaynar xəttinə videogörüntü göndərib və bir daha 99 YP 124 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşlarına təşəkkür etdiyini bildirib. Onun videoda da qeyd etdiyinə görə avqust 12 avqust tarixindən 13 avqust tarixinə keçən gecə, 01:00 radələrində Biləsuvar rayonu istiqamətində hərəkət edərkən, yanacağın lap az qaldığınin fərqinə varıb. Ərazini yaxşı tanımayan sürücü 99 YP 124 DQN-lı avtomobildə xidmət edən əməkdaşlara yaxınlaşıb və ən yaxın YDM-in harada olmasını soruşub. Əməkdaşlar isə sürücüyə kömək etmək üçün ən yaxın YDM istiqamətində hərəkət edib və sürücüyə onları izləməsini bildirib. Əgər YDM-ə çatana qədər avtomobilləri sönsə, narahat olmamaqlarını, özlərinin yanacaq alıb gətirəcəklərini bildirib. Biz də YPX.AZ olaraq sürücüyə yardım edən ekipaj əməkdaşlarına təşəkkür edirik.

Nə düşünürsən?