*Başqalarını narahat edib rahat oturan sürücü*

  • 14.08.2020
  • 0

Bilməyərək, bəzən bilərəkdən də qayda pozanları başa düşmək olar. Fikirləşmək olar ki, başqa çarəsi yox imiş. Ancaq bir başa əks yola çıxıb, öz yolu ilə hərəkət edənlərin üstünə avtomobil sürən və bu zaman sanki divanda oturub televizora baxırmış kimi bir qolu çöldə rahatlıqla sükan arxasında əyləşən avtomobilin sürücüsünü heç cür başa düşmək olmaz. Hadisə Binəqədi şossesində baş verib. YPX.AZ qaynar xəttinə videogörüntünü göndərən izləyicimizin sözlərini olduğu kimi qeyd edirik. "90-PB-851. Qardaşın "protiv" gəlməyi azmış kimi, hələ bir siqnal verib tərs-tərs baxması bütün əsəblərimi yerimdən oynatdı. Elə bil günahkar mənəm. Qəza şəraiti yaratdığına görə az qala sağdakı maşına girəcəkdim." Bu sürücü barəsində tez bir zamanda tədbir görüləcəyinə ümid edirik.

Nə düşünürsən?