Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

  • 14.08.2020
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.