Vilayət Eyvazov nazirlikdə kadr dəyişikliyi etdi

  • 14.08.2020
  • 0

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib. Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.

Nə düşünürsən?