Vəsiqəsi əlindən alınan sürücü 2 nəfərin ölümünə səbəb olub

  • 14.08.2020
  • 0

Başqırdıstanın Ufa şəhərində 6 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Soçin” küçəsində qeydə alınıb. Məlumata görə, 38 yaşlı şəhər sakini idarə etdiyi “Toyota LC 200” markalı avtomobillə, hərəkətdə olarkən yolun əks istiqamətinə keçərək “VAZ-2109” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Toyota” daha 4 avtomobilə dəyib – “Hyundai Elantra”, “VAZ-2115”, “Renault Kaptur” və “Audi A6”. Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Bildirilir ki, “Toyota”nın sürücüsü bu ilin yanvar ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, sürücülük vəsiqəsindən məhrum edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?