İsrailin daha bir uğuru, Fələstin əsəb içində

  • 14.08.2020
  • 0

Birləşmiş Ərəb Əmirlikləri və İsrail işğal olunmuş torpaqların mənimsənilməsinin dayandırılması üzrə saziş çərçivəsində tam diplomatik münasibətlərin qurulması haqqında razılğa gəliblər. Xarici agentliklərə istinadən veilən xəbərə görə, bununla bağlı məlumat ABŞ prezidenti Donald Tramp tərəfindən yayılıb. Beləliklə, BƏƏ İsraillə diplomatik əlaqələri bərqərar eləyən ilk İran körfəzli, ümumilikdə isə üçüncü ərəb ölkəsi (Misir və İordaniyadan sonra) sayılacaq. Birləşmiş Ştatların prezidenti bu anları “tarixi” adalandırıb. “İndi buzun qırıldığı bir zamanda mən başqa ərəb və müsəlman ölkələrinin BƏƏ-dən nümunə götürməsini gözləyirəm”,-deyə Tramp tvitter hesabında qeyd edib. Maraqlıdır ki, BƏƏ və İsrila arasında məsələ ilə bağlı birgə bəyanat elə ABŞ dövlət başçısının tvitindən sonra rəsmi saytlara qoyulub. Burada yaxın zamanlarda iki ölkənin nümayəndə heyətlərinin birbaşa reyslərin açılması, təhlükəsizlik, telekommunikasiyalar, enerji, turizm və səhiyyə sahələrində sazişlərin imzalanması üçün bir araya gələcəkləri vurğulanıb. Məlumat Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zaid tərəfindən də təsdiqlənib. Onun sözlərinə görə İsrail bunun müqabilndə Fələstin ərazilərinin bir sonrakı işğalını və həmin torpaqları yəhudi vətəndaşlar tərəfindən məskunlaşdırılmasını dayandıracaq. Lakin Fələstin lideri Mahmud Abbas həmin saizşi kəskin dillə qınayan bəyanatla çıxış edib. Prezident Mahmud Abbasın müşaviri Nabil Əbu Rudeynə isə sazişin imzalanmasını Qüds, Əl-Aksa məsçidi və fələstinlilər üçün xainlik adlandırıb.

Nə düşünürsən?