Gecə dəhşətli hadisə:Qadın yolda öldü

  • 14.08.2020
  • 0

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb. Ölən qadının şəxsiyyəti və hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Meyit aidiyyəti üzrə təhvil verilib.

Nə düşünürsən?