*Öz avtomobilin təkərləri altında qaldı*

  • 13.08.2020
  • 0

Ehtiyatsızlıq və düşünülməmiş addımlar daim böyük zərərlərə səbəb ola bilir. YPX.AZ xəbər verir ki, belə hallardan biri də Rusiyada baş verib. İstirahət zonasında olan sürücü avtomobili ilə yoxuşu qalxmaq istəyərkən yol örtüyünün torpaq olması səbəbi ilə qalxa bilmir. Geri dönüb qayıtmaq istəyərkən isə avtomobil torpağa batdığından hərəkət edə bilmir. Görünən odur ki, sürücü avtomobili avtomat ötürücü qutusunda "drive" rejimə qoyaraq özü avtomobildən düşərək itələyib çıxartnaq istəyir. Lakin o hərəkətə başlayan avtomobilə minmək üçün çatdıra bilmir və ayağı büdrəyib yıxılır. Bu zaman sürücü avtomobilin təkərləri altında qalır. Enişi düşən avtomobil isə qarşısı alınmaz olur və o sürətlə istirahət etməyə gələn digər şəxslərin oturacaqlarına və avtomobillərinə çırpılır.

Nə düşünürsən?