Tərtərdə özünü bıçaqla xəsarət yetirən 8 yaşlı uşaq öldü

  • 13.08.2020
  • 0

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bax.tv APA TV-yə istinadən verdiyi məlumata görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib. Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanıb.

Nə düşünürsən?