Bakıda zibil atmaq üçün “gediləsi uzun bir yol”

  • 13.08.2020
  • 0

Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri yaşadıqları ərazidəki zibilliklərdən şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, bəzi yerlərdə zibil qutularının az olması, bəzi yerlərdə isə, ümumiyyətlə, olmaması, küçə boyu kiçik zibilliklərin yaranmasına səbəb olur. Sakinlər deyir ki, zibilləri atmaq üçün xeyli məsafə qət etmək məcburiyyətində qalırlar. Problemlə bağlı Xəzər rayonunun Türkan qəsəbəsi üzrə icra nümayəndəliyindən Baku TV-yə bildirilib ki, mövcud vəziyyətdən xəbərləri var: “Yaxın günlərdə zibil qutularının az olduğu ərazilərə yeni konteynerlər yerləşdiriləcək. Bu qablar məişət tullantıları üçündür. İnsanlar isə ora qum, daş, kəsək atır. Sakinlərdən xahiş edirik ki, zibillərini qablara atsınlar, yerə, küçəyə yox. Yeni qablarımız da gətirilib. Hamısı tezliklə qutuların az olduğu ərazilərə yerləşdiriləcək.” Zibillik və üfunət insanların müxtəlif xüsusiyyətli xəstəliklərə tutulmasına yol açır. Bu səbəbdən də küçələrdə, evlərin qarşısında zibilliklərin olmaması üçün tezliklə lazımi tədbirlərin görülməsi vacibdir.

Nə düşünürsən?