Avtobusda polis və vətəndaş arasında mübahisə

  • 13.08.2020
  • 1.3K baxış
  • 0

Bu gün Mərkəzi Bankın qarşısındakı dayanacaqda 2 nömrəli avtobusda polislər və vətəndaş arasında mübahisə yaşanıb. Hadisə şahidlərinin Yeniavaz.com-a verdiyi məlumata görə, mübahisə vətəndaşın avtobusa tibbi maska taxmadan daxil olmasına görə yaşanıb. Redaksiyamızın "Whatsapp" nömrəsinə göndərilən kadrlarda polisin vətəndaşdan avtobusdan enməyi tələb etdiyi, gəncin isə buna qarşı çıxdığı görünür. Kadrlarda həmçinin avtobusun yubanmasına etirazını bildirən başqa bir vətəndaşla polisin mübahisəsi də müşahidə olunur. Sonda polis əməkdaşları gənci güc tətbiq edərək avtobusdan endirirlər. Həmin kadrları təqdim edirik: Qeyd edək ki, pandemiya ilə əlaqədar Operativ Qərargahın müvafiq qərarına əsasən, əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən dayanacaqlarda və avtobuslarda tibbi maska taxmaq məcburidir.

Nə düşünürsən?