Azərbaycanda nazir müavinləri DTX-ya çağırıldı

  • 13.08.2020
  • 0

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da istintaqa cəlb ediliblər. Publika.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com etibarlı mənbələrinə istinadən yayıb. İddia edilib ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb və ifadə veriblər. Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid daha bir neçə vəzifəli şəxslə bağlı ölçü götürüləcəyi gözlənilir. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-də əməliyyat keçirmişdi. Aparılan cinayət işi üzrə XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham edilirlər. Həmçinin iyulun 10-da Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Nə düşünürsən?