"Azpetrol" əməkdaşından jurnalistə qarşı kobudluq və...

  • 13.08.2020
  • 0

YPX.AZ əməkdaşı Ramal "Azpetrol" YDM-də öz şəxsi avtomobilinə yanacaq dolduran zaman operator əvvəlcə onun nəğd və ya bank kartı ilə ödəniş edəcəyini soruşduqda Ramal bank kartı ilə ödəyəcəyini bildirib. Yanacaq doldurulub qurtardıqdan sonra ödəniş üçün bank kartını təqdim edən zaman isə operator ona "əvvəldən niyə kartla ödəyəcəyinizi bildirməmişdiniz?" soruşub. Jurnalist isə əvvəldən bildirdiyini ola bilər ki, operatorun diqqətsiz olma səbəbi ilə eşitmədiyini bildirib. Operator isə cavabında "məzələnirsən?" (bu ifadəyə görə oxuculardan üzr istəyirik, amma deyilən ifadə belə olub) kimi kobud və yersiz sual verib və bundan sonra jurnalist və əməkdaş arasında kobud dialoq başlayıb. Həmin vaxt məntəqənin növbə rəisi olan şəxs də məsələyə müdaxilə edib və o, da davranışında operatordan heç də dala qalmayıb. Ümumiyyətlə Azpetrol YDM-dən yanacaq alan hər bir şəxs bilir ki, oradan bank kartı ilə yanacaq almaq çox qəliz bir prosesdir. Post Terminal vasitəsilə qəbul ediləcək ödənişi operator qəbul edə bilməz. Bunun üçün şəxsən növbə rəisi gəlməlidir. Vay o günə ki, eyni zamanda bir neçə şəxs bank kartı ilə ödəniş etmək istəyə. O zaman sizin uzun müddət orada qalacağınız danılmazdır. Hətta bu problem dəfələrlə sosial şəbəkələrdə paylaşılıb, qınaq obyekti olub. Amma görünən odur ki, şirkət nədənsə bu yolla ödəmənin çətinliklə başa gəlməsində maraqlıdır. Əməkdaşımız daha sonra kənardan müşahidə zamanı görüb ki, bank kartı ilə ödəniş etmək istəyən bir neçə müştəri də əməkdaşlarla problem yaşayır. Bir jurnalist kimi məsələni kütləvi informasiya vasitələrində işıqlandırmaq üçün çəkiliş etmək qərarına gəlib. Bu zaman məntəqənin mühafizəçisi hər vəchlə çəkilişə maneə olmağa çalışıb. Jurnalist dəfələrlə mühafizəçiyə onun peşə fəaliyyətinə maneə törətdiyini, bunun yolverilməz olduğunu, azad mediaya təsirin qanuna zidd olduğunu xatırlatsa da mühafizəçi maneə törətməkdə davam edib. Daha sonra isə jurnalist növbə rəisindən məsələ ilə bağlı fikrini öyrənmək istəsə də o, əvvəlcə kabinetə girib qapını bağlayıb, daha sonra "söndür kameranı danışaq" deyib. Ən sonda isə "pul istəyirsənsə sənə pul verim get" deyib. Əvvəla biz "reket" kimi yox, jurnalist kimi fəaliyyət göstəririk. İkincisi isə əgər baş verən insident zamanı haqlı idinizsə niyə kamera qarşısında danışmaq istəmirsiniz və bunun üçün pul təklif edirsiniz? Axı sizin hər kamera ilə çəkiliş aparana pul təklif edəcəyinizə inanacaq qədər sadəlövh deyilik. Etdiyiniz yalnış, münaqişəyə səbəb olan hərəkətin açıqlamasını vermək, ən azı buna görə şifahi üzrxahlıq etmək əvəzinə "pul istəyirsənsə pul verim, get" demək hansı əxlaq kodeksinə sığır?! YPX.AZ olaraq Azpetrol şirkətlər qrupunun səlahiyyətli şəxslərin məsələni araşdırıb təqsirli əməkdaşlara qarşı tədbir görəcəyinə və bununla bağlı açıqlama verəcəyinə inanırıq. Bütün YDM-lərində nəzarət kameraları olduğu hər kəsə məlumdur. Əgər məqaləmizə və çəkilişdə olanlara zidd iddiaları varsa təqdim edəcəkləri görüntüləri və açıqlamaları da yayımlamağa hazırıq. Hörmətli "Azpetrol" şirkətlər qrupu səlahiyyətliləri, sizdən açıqlama, baş verən hadisəyə uyğun tədbir və üzrxahlıq gözləyirik.

Nə düşünürsən?