At təlimçiyə ağır xəsarət yetirdi

  • 13.08.2020
  • 1.1K baxış
  • 0

Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda böyüdülən ərəb atları hərracda satışa çıxarılıb. “İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, atların satışı zamanı bədbəxt hadisə yaşanıb. Belə ki, müştərilərə təqdim olunan “Sərhat fırtınası” ləqəbli at gözlənilmədən təlimçilərdən birinə ağır xəsarət yetirib. Üz nahiyəsindən xəsarət alan at təlimçisi dərhal xəstəxanaya yerləşdirilib.

Nə düşünürsən?