190 manatla bağlı sevindirici xəbər!

  • 12.08.2020
  • 0

190 manat alacaq şəxslərin siyahısı banklara göndərilib Yaxın günlərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ödənişi almaq hüququ yaranan 278 min şəxsin siyahısı artıq banklara göndərilib. Vəsait vətəndaşlara may ayında birdəfəlik ödəməni almaq üçün verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək. Birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan işsiz və xüsusi karantin rejimində gəlirini itirən aztəminatlı şəxslərə veriləcək.

Nə düşünürsən?