Baş Muğan kanalına su vuruldu

  • 12.08.2020
  • 0

3 rayonun suvarma problemi həll edilib İmişlidəki antropen göldən qısa müddətdə Baş Muğan kanalına 3.5 milyon kub/metr su vurulub. Nəticədə 3 rayonun əkin sahələrində suvarma işləri dahada yaxşılaşıb. Bu kimi problemlərin aradan qaldırılması üçün ölkə rəhbərliyinin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd isə ölkə ərazisində yerləşən su ehtiyatlarından məqsədyönlü istifadə edilməsidir. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsi ilə 8-ci gündür ki, Baş Muğan kanalına su vurulur. Demək olar ki ötən bu müddət ərzində Baş Muğan kanalına 3.5 milyon kubmetr su nəql edilib. Nəticədə isə bu kanal boyunca yerləşən və su çatışmazlığından əziyyət çəkən kənd zəhmətkeşlərinin əkdikləri bitkilərin su təminatı yaxşılaşıb. Hazırda göllərdən Baş Muğan kanalına vurulan su hesabına kanal boyunca yerləşən əkin sahələrində suvarma işləri daha yaxşılaşıb. bir müddət öncə suvarmada yaranan çətinliklə bağlı ölkə rəhbərliyinə müraciət əsasında təcili tədbirlər yerinə yetirildi.Qısa müddətdə bu kanal üzərində qurğu inşa edildi və Baş Muğan kanalına vurulan su hesabına bizim sahələrdə olan çətinlik aradan qalxdı.

Nə düşünürsən?