Lənkəranda 100 min manatlıq oğurluğa görə 3 nəfər saxlanıldı

  • 12.08.2020
  • 0

Lənkəran sakininin 100 min manata yaxın dəyəri olan qızılını quldurluq yolu ilə ələ keçirən qrup üzvlərindən 3 nəfər saxlanılıb, 1 nəfər barəsində axtarış elan olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl olsa da quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir. ənkəran Şəhər Rayon Polis Şöbəsinə “VAZ-2106” markalı avtomobildə olan şəxslərin şəhər sakini Tural Fətullazadəni döyüb içərisində olan çantasını almaları barədə müraciət daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxslərin kimliyi məlum olub. Onlar Lənkəran şəhər sakini Nazim Xəlilov, Masallı rayon sakinləri Ziya Hüseynzadə və İbrahim Məmmədlidir. Şübhəli şəxslər saxlanılarkən axtarış zamanı onlardan psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Quldurluq əməlinin iştirakçısı olmaqda şübhəli bilinən digər bir şəxs Masallı sakini Elməddin Hüseynovun tutularaq istintaqa təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Onun olduğu yer haqqında məlumatlı olan şəxslərdən DİN-in 102 xidmətinə müraciət etmələri xahiş olunur. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?